Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü

gobelekden-zeherlenenler-bayram-nurlunun-aile-uzvleridir
Oxunma sayı: 19937

Xəbər verdiyimiz kimi, Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri özünü ekstrasens kimi təqdim edən Bayram Nurlunun qohumlarıdır.

Xəstəxanaya yerləşdirilən 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu Bayram Nurlunun yeznəsinin qardaşıdır. Zəhərlənmədən dünyasını dəyişən 2009-cu il təvəllüdlü Qasımlı Murad isə Mübarizin oğludur.

Həmçinin oxu: Bir ailə göbələkdən zəhərləndi - 12 yaşlı uşaq öldü

 21 yaşlı Baharı zorla ərə verən atasına cinayət işi başlandı - Qız və sevgilisi intihar edib

Gəlinini doğrayan 75 yaşlı kişiyə hökm oxundu

Anasının çılpaq videosunu çəkən qəzet direktorunu necə öldürdüyünü danışdı

Xəstəxanaya yerləşdirilən 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu isə Bayram Nurlunun bacısı oğludur. Əldə etdiyimiz məlumata görə, 9 yaşlı uşağın da həyatını xilas etmək mümkün olmayıb və o, gecə saatlarında yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Mübariz Muradov