“Google” şirkəti sentyabrın 4-dən etibarən cihazlardan virtual köməkçi “Google Assistant”ın silinməsi və onun “Gemini” ilə əvəz edilməsi prosesinə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, artıq istifadəçilərə bununla bağlı elektron məktub göndərilib.
Həmin məktubda “Google Assistant”ın istismardan çıxarıldığı və “Android” cihazlarda onlayn köməkçinin “Gemini”nin olacağı qeyd edilib. Prosesin ümumilikdə bir neçə həftə çəkəcəyi bildirilir. Dəyişiklik cihaza tətbiq edildikdən sonra istifadəçilər artıq öz telefonlarında, planşetlərində və ya digər cihazlarında “Google Assistant”dan istifadə edə bilməyəcəklər.
Bununla belə, cihazları “Gemini”nin minimum tələblərinə cavab verməyən və ya bu sistemin dəstəklənmədiyi regionlarda yaşayan istifadəçilər dəstəyin dayandırılma tarixindən sonra da “Google Assistant”dan istifadə etməyə davam edə biləcəklər.

Son xəbərlər
Son Xəbərlər