Göygöldə strateji əhəmiyyətə malik körpü qəzalı vəziyyətə düşüb.
“Qafqazinfo”nun məlumatına görə, buna səbəb son günlər Qərb bölgəsinə yağan leysan xarakterli yağışlar səbəb olub.
Körpü Göygöl rayonunda ümumi 5 min nəfər əhalini birləşdirir. Belə ki, körpü Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun üzərindədir.
Həmçinin Goranboy rayonunun Todan, Erkəc, Mənəç və Buzluq kəndlərini birləşdirir.
Qeyd edək ki, körpü 1960-cı illərdə inşa olunub.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər