Gürcüstan aralarında azərbaycanlıların da olduğu 57 əcnəbini deportasiya etdi

gurcustan-aralarinda-azerbaycanlilarin-da-oldugu-57-ecnebini-deportasiya-etdi
Oxunma sayı: 416

Gürcüstan son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini pozaraq yaşayan 57 əcnəbini deportasiya edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin məlumatında deyilir. 

Məlumata görə, Gürcüstandan deportasiya olunan şəxslər Azərbaycan, Ermənistan, Belarus, Böyük Britaniya, Misir, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, Moldova, Sudan, Nigeriya, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşlarıdır. 

Həmin şəxslərin ölkəyə girişi qadağan edilib.

Qeyd edək ki, Gürcüstanda qanunsuz miqrasiya ilə mübarizəni daha da gücləndirmək üçün miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər 2025-ci il oktyabrın 1-də qüvvəyə minib. Hər ay Gürcüstan DİN əcnəbi vətəndaşların ölkədən çıxarılması barədə məlumat yayır. Bu siyahıda bir qayda olaraq Azərbaycan vətəndaşları da yer alır.