“Hələ də yuxularımda qapını bağlayıram ki, getməsin...”

hele-de-yuxularimda-qapini-baglayiram-ki-getmesin
Oxunma sayı: 552

“Sihirli Annem” serialında “Betüş” obrazı ilə tanınan aktrisa İnci Türkay illər sonra mərhum həmkarı Defne Joy Fosterlə bağlı təsirli açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Katarsis” proqramında danışıb.

İnci Türkay bildirib ki, Defne Joy Fosterin vəfat etdiyi gecə o, Nişantaşındakı evinə gəlib və birlikdə Beyoğluna getməyi təklif edib.

Aktrisa həmin gün özünü pis hiss etdiyini və çölə çıxmaq istəmədiyini deyib: “Ona çox dedim ki, getmə, burada qal, amma məni dinləmədi və çıxdı”.

Aktrisa səhərə yaxın gələn ölüm xəbərindən sonra böyük sarsıntı keçirdiyini bildirib.

O, yaşadığı travmanın illərlə davam etdiyini deyərək, həmin gecəni hələ də unutmadığını vurğulayıb: “Günlərlə boşluğa baxdım. Həmin anı davamlı beynimdə yaşayıram. Hələ də yuxularımda o qapını bağlayıram ki, getməsin, amma o getdi”.