Qəzza sahil zolağındakı əsas məntəqələrdən çəkilmiş müqayisəli görüntülər 2023-cü ilin oktyabrında İsrailin hücumlarının başlamasından bu yana ərazidə yaranan dağıntıların miqyasını nümayiş etdirir.
“Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, görüntülərdə səhiyyə müəssisələri və mühüm infrastruktur obyektlərinin dağıdıldığı, bunun nəticəsində elektrik, su və rabitə təchizatının ciddi şəkildə pozulduğu görünür.
Dağıntılar həmçinin həyati əhəmiyyətli humanitar xidmətlərin göstərilməsinə də təsir edib və bölgədə mülki əhalinin əsas ehtiyaclara çıxışını çətinləşdirib.
Bölgədə dağıntıların miqyasını əks etdirən müqayisəli görüüntüləri təqdim edirik:






Son xəbərlər
Son Xəbərlər