Həmin dəb qayıdır - Fotolar

hemin-deb-qayidir
Oxunma sayı: 769

1970-ci illərdə populyar olan bir ayaqqabı modeli 2026-cı ilin payızında yenidən dəbə qayıtmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Vogue” jurnalı məlumat yayıb.

Söhbət caz rəqsi ayaqqabıları ilə klassik “derbi” üslublu ayaqqabıların elementlərini özündə birləşdirən fransız rəqs ayaqqabısından gedir.

Belə ki, 1970-ci ildə fransız balet brendinin banisi Rouz Repetto gəlini – məşhur fransız rəqqasəsi və balerina Zizi Janmer (üçün bu xüsusi modeli hazırlayarkən caz rəqqaslarının geyindiyi yumşaq ayaqqabılardan ilham almışdı.

Məlumatlara görə, “Repetto Zizi” adı ilə tanınan bu üslub müasir dizaynerlərə ilham verib və “Jacquemus” ilə “Celine” kimi məşhur brendlər onu öz kolleksiyalarına daxil ediblər.