Hərbçimizlə bağlı sualdan yayınıb, brifinq gününə işarə etdi - Video

herbcimizle-bagli-sualdan-yayinib-brifinq-gunune-isare-etdi
Oxunma sayı: 1216

Ermənistanın Baş naziri Nikol Paşinyan bu ölkənin sərhədini keçən Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin ekstradisiyası ilə bağlı qərar qəbul edilib-edilməməsi ilə bağlı sualı cavabsız qoyub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “News.am” nəşri məlumat yayıb. 

“Cümə axşamı (8 oktyabr - red.) brifinqimiz var”, - o, bununla bağlı verilən sualı cavablandırarkən deyib. 

Qərarın artıq verilib-verilmədiyi və hərbçinin ekstradisiya ilə bağlı dəqiqləşdirici suala isə Paşinyan cavab verməyib. 

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-da xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbçi həmin ölkədə 2 ay müddətinə həbs edilib.