Hibrid avtomobilləri ƏDV-dən azad olunacaq

hibrid-avtomobilleri-edv-den-azad-olunacaq
Oxunma sayı: 3641

Yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. ​

“Qafqazinfo” xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə bildirilir. 

Layihəyə əsasən, elektromobillər həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək. 

Məcəlləyə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.

Günel Türksoy