Hindistanda güclü daşqın - 12 nəfər həyatını itirdi

hindistanda-guclu-dasqin
Oxunma sayı: 463

Hindistanda dağıdıcı daşqınlara səbəb olan güclü leysan yağışları yağıb.

“Qafqazinfo” xəbər verir ki, ölkənin şimalındakı Cammu və Kəşmir regionunda aramsız yağışlar nəticəsində evləri su basıb, yollar sıradan çıxıb, avtomobilləri isə sel suları axıdıb.

Təbii fəlakət nəticəsində 12 nəfər həyatını itirib.

Hazırda bölgədə genişmiqyaslı xilasetmə əməliyyatları həyata keçirilir.

Sinoptiklər isə yağışlı hava şəraitinin hələ bir müddət davam edəcəyi barədə xəbərdarlıq ediblər.