Hövsanda qanunsuz balıq ovlayan şəxs saxlanıldı

hovsanda-qanunsuz-baliq-ovlayan-sexs-saxlanildi
Oxunma sayı: 204

Su Nəqliyyatında Polis İdarəsinin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi ilə birgə keçirdikləri tədbir zamanı qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxs aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, araşdırmalarla paytaxt sakini 57 yaşlı N.Əliyevin Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində, Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olması müəyyən edilib.

Yoxlama zamanı ondan 2 ədəd tilovlu qarmaq, balıq tutmaq üçün sintetik tor, “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş qayıq, həmçinin ümumi çəkisi 31 kiloqram olan 35 ədəd kütüm balığı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.