Hulusi Akarın Qarabağ Universitetinin tələbəsi ilə səmimi söhbəti - Video+ Yenilənib

hulusi-akarin-qarabag-universitetinin-telebesi-ile-semimi-sohbeti
Oxunma sayı: 2876

Azərbaycanda səfərdə olan Türkiyənin sabiq müdafiə naziri, TBMM-in üzvü Hulusi Akar Qarabağ Universitetinin tələbəsi ilə səmimi söhbət edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında paylaşıb.

Paylaşımdakı videoda Hulusi Akarın tələbənin dərsləri ilə maraqlandığı, daha sonra isə cibindən telefonunu çıxararaq oradakı materialı ona göstərdiyi əks olunub. 

***

Türkiyə Böyük Millət Məclisinin üzvləri Hulusi Akar, Şamil Ayrım, Sayın Bayar Özsoy, Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçın, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları, alimlər və sahibkarlardan ibarət nümayəndə heyəti Qarabağa səfər edib.

Səfər çərçivəsində Rektor Şahin Bayramov nümayəndə heyətinə ali təhsil ocağının fəaliyyəti, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması ilə bağlı məlumat verib.

Qeyd edək ki, Qarabağ səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.