Netanyahunun Bakı səfəri 5 gün davam edəcək

netanyahunun-baki-seferi-5-gun-davam-edecek
Oxunma sayı: 5005

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri 5 gün davam edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Baş nazirin ofisinə istinadən “The Times of Israel” yayıb. 

Bildirilib ki, Netanyahu mayın 7-də Azərbaycana yollanacaq və 11-də İsrailə geri qayıdacaq.

Həmçinin qeyd olunub ki, mayın 8-də o, Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüş keçirəcək.