Yusif Mustafayevin nazirlikdən istəyi - Video

yusif-mustafayevin-nazirlikden-isteyi
Oxunma sayı: 6845

Əməkdar artist Yusif Mustafayev arzusunu açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, “Rəngarəng” verilişinə gələn müğənni 70 illik yubileyinin qeyd edilməsini istəyib.

“Allah ömür versə, sentyabrın 15-də 70 yaşım tamam olur. İnsan arzularla yaşayır. Elə istəyirəm, 70 illiyim dövlət səviyyəsində qeyd edilsin. Saç ağartmışam. Heç vaxt ad günümü qeyd etməmişəm”, - Y.Mustafayev bildirib.

Qeyd edək ki, Əməkdar artist 70 illik yubileyinin Mədəniyyət Nazirliyi tərəfindən qeyd olunmasını arzulayıb.