“Roma Papası özüm olmaq istərdim” - Tramp

roma-papasi-ozum-olmaq-isterdim
Oxunma sayı: 1810

ABŞ Prezidenti Donald Tramp növbəti Papanın kim olacağı ilə bağlı hər hansı ehtimalının olmadığını bildirib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında zarafatyana şəkildə pontifik postuna  seçilmək istədiyini söyləyib.

“Mən Roma Papası özüm olmaq istərdim. Bu, mənim ilk seçimim olardı. Amma bizim Nyu Yorkdan çox yaxşı bir kardinalımız var”, - deyə o gülümsəyərək bildirib.

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də 89 yaşında vəfat edib.