Moskvanın Presnenski Rayon Məhkəməsi azərbaycanlı bloqer Hüseyn Həsənovla bağlı qiyabi həbs qərarı çıxarıb.
“Qafqazinfo” Ura.ru-ya istinadən xəbər verir ki, o, pul vəsaitlərinin leqallaşdırılması işi üzrə 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Həbs cəzasından əlavə, Həsənov barəsində 1 milyon rubl (təxminən 21 min AZN) məbləğində cərimə və iki il ərzində internetdə kontent yerləşdirmə qadağası qərarı çıxarılıb. Bundan başqa, onun “Moskva-Siti”də yerləşən, dəyəri 46 milyon rubl (təxminən 966 min AZN) olan mənzili müsadirə edilib.
İstintaq Həsənovun 170 milyon rubldan (təxminən 3,5 milyon AZN) artıq məbləğdə vergini ödəməkdən yayındığı qənaətinə gəlib.
Xatırladaq ki, H.Həsənov daha əvvəl 2 dəfə Rusiyada axtarışa verilib. O, 2024-cü ildən Rusiyada yaşamır.
Son xəbərlər
Son Xəbərlər