I kurs tələbəsi qəzada öldü - Foto

i-kurs-telebesi-qezada-oldu
Oxunma sayı: 4955

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi yol qəzası nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Tarix və coğrafiya fakültəsi tarix müəllimliyi fakültəsinin 1-ci kurs tələbəsi Əzizə Qalib qızı Əsgərova baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.