İcmal büdcədə 10 milyarddan çox profisit yaranıb

icmal-budcede-10-milyarddan-cox-profisit-yaranib
Oxunma sayı: 1553

2023-cü il icmal büdcəsinin gəlirləri 50343,6 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 7283,5 mln. manat və ya 16,9 faiz, 2022-ci illə müqayisədə isə 7246,0 mln. manat və ya 16,8 faiz çoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu, 2023-cü il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcəsinin icrasına dair məlumatda bildirilib.

Bildirilib ki, icmal büdcənin xərcləri 41269,8 mln. manat proqnoza qarşı 956,0 mln. manat (2,3 faiz) az və ya 40313,8 mln. manat təşkil edib. Bu da 2022-ci illə müqayisədə 5240,2 mln. manat və ya 14,9 faiz çoxdur.

İcmal büdcədə 10029,8 mln. ( 10 mlrd. 29 mln 800 min) manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da proqnoza nisbətən 5,6 dəfə çoxdur.