II Şuşa Qlobal Media Forumuna gedirlər - Fotolar - Yenilənib

ii-susa-qlobal-media-forumuna-gedirler
Oxunma sayı: 4354

Xəbər verdiyimiz kimi, iyulun 20-22-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, müxtəlif ölkələrdən olan nümayəndələr Forumda iştirak etmək üçün Bakıdadılar.

Onlar Şuşaya getmək üçüm Füzuli hava limanına yola düşürlər.

***

Şuşa şəhərində keçiriləcək "Qlobal Media Forumu"nun iştirakçılarını gətirən təyyarə Füzuli Beynəlxalq Hava Limanında yerə enib.

Qonaqlar onlar üçün ayrılmış xüsusi avtobuslarla Şuşaya yola salınır.

***

Milli mətbuatımızın 149 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” adlı Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya çatıblar.

Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.