“İki günə hər şeyi məhv edə bilərik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
Tramp ölkəsinin hərbi gücünə diqqət çəkərək, lazım gələrsə, İranın infrastrukturuna qısa müddətdə ciddi zərər verə biləcəklərini bildirib.
O, İranın danışıqlarda qeyri-sabit davrandığını iddia edib: “İranı qiymətləndirmirəm, amma istəsək, iki günə hər şeyi məhv edə bilərik”.
Prezident Vaşinqtonun həm hərbi, həm də diplomatik variantları masada saxladığını, lakin dialoqa üstünlük verdiyini vurğulayıb: “Ya güc yolu ilə, ya da razılaşma ilə həll olacaq”.
ABŞ mediası isə Trampın Çinə səfərindən sonra İrana qarşı yeni hərbi addımların gündəmə gələ biləcəyini iddia edib.
“Axios”un xəbərinə görə, adı açıqlanmayan İsrail rəsmisi mümkün əməliyyatların bu həftəsonu başlaya biləcəyini və İsrail ordusunun yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
Eyni zamanda Tramp İranın nüvə proqramı ilə bağlı da danışaraq, “20 il müddətinə dondurulması məqbul olar, amma bu, ciddi öhdəlik tələb edir” ifadəsini işlədib. O, İranın raket imkanlarının böyük hissəsinin artıq sıradan çıxarıldığını da iddia edib.
İrandan isə sərt reaksiya gəlib. Ali Liderin hərbi müşaviri Möhsün Rzayi Trampın Çinə səfərini şərh edərək, ABŞ prezidentinin regiondakı siyasətinin uğursuzluq kölgəsində qaldığını bildirib və Vaşinqtonun qlobal təsirinin zəiflədiyini iddia edib.
Son xəbərlər
Son Xəbərlər