İnəklərin qorunması üçün nazirlik...

ineklerin-qorunmasi-ucun-nazirlik
Oxunma sayı: 1189

Hindistanda inəklərin qorunması və saxlanması üzrə xüsusi nazirlik yaradıla bilər.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb. Məlumata görə, təşəbbüs Hindistanın radikal dini-siyasi təşkilatı olan Ümumdünya Hinduzim Şurası tərəfindən olub.

Təşkilat artıq öz təklifini baş nazir Narendra Modiyə göndərib. Bildirilir ki, Hindistan parlamenti iyul ayında başlanan yeni sessiyasında sözügedən məsələyə baxmaq niyyətindədir.

Aysel Kərimova