Ağcabədidə külək mağarı uçurdu, toy yarıda qaldı - Video

agcabedide-kulek-magari-ucurdu-toy-yarida-qaldi
Oxunma sayı: 5205

Ağcabədidə əsən güclü külək toy mağarını uçurub. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Aran kəndində baş verib. 

Kənd sakini Həsənov Qəhrəman oğlu üçün həyətdə qurduğu mağarı külək yararsız hala salıb. Hadisə vaxtı xəsarət alan olmasa da, məclis yarımçıq saxlanılıb.

Ziya Əmirxanlı