“Pariki qoymağa hər gün 2 saat vaxt gedir” - Video

pariki-qoymaga-her-gun-2-saat-vaxt-gedir
Oxunma sayı: 3458

Azərbaycanda da məşhur olan Türkiyənin “Kral kaybederse” serialının aktyoru Halit Ergençin açıqlaması maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, aktyor jurnalistlərə açıqlamasında çəkiliş zamanı saç düzümünün təxminən 2 saata yaxın vaxt aldığını bildirib.

O, parikin taxılmasına təxminən 1-1,5 saat, çəkiliş bitəndən sonra isə sökülməsinə yarım saat sərf olunduğunu söyləyib.

Qeyd edək ki, bundan əvvəl aktyorun parik taxdığı və ya saç əkdirdiyi müzakirə mövzusu idi.