İran, Çin və Rusiya birgə təlimə başlayır

iran-cin-ve-rusiya-birge-telime-baslayir
Oxunma sayı: 1230

Martın 12-də İran, Çin və Rusiya birgə dəniz təliminə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Vurğulanıb ki, sabah - martın 12-i hər üç ölkənin iştirakı ilə Hind okeanının şimalında “Dəniz təhlükəsizlik kəməri - 2024” təliminin əsas mərhələsi başlayacaq.

Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin suüstü və uçuş bölmələri, Çin və Rusiyanın hərbi gəmilərininin iştirakı nəzərdə tutulur.