İranın şimalı raket zərbəsinə məruz qalıb

iranin-simali-raket-zerbesine-meruz-qalib
Oxunma sayı: 523

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyaləti raket atəşinə məruz qalıb.

“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsinin rəisi Hamed Səfəri məlumat verib.

“Raket yaşayış binası olmayan boş əraziyə düşüb”, – deyə o bildirib.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İordaniyadakı amerikalı hərbçilərin atəşə tutulmasına cavab olaraq ABŞ Silahlı Qüvvələrinin İrana zərbələr endirmək niyyətində olduğunu bəyan etmişdi.

İyulun 29-na keçən gecə isə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-nin İordaniyadakı aviabazasına hücum etdiyi məlum olub.