Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, hadisə Açapnyak rayonunda qeydə alınıb.
İnsident zamanı bir qrup şəxsin küçədə bir-birinə atəş açdığı bildirilir.
Dəqiq say açıqlanmasa da, atışma zamanı bir neçə nəfərin yaralandığı qeyd olunub.
****
Ümumilikdə hadisə zamanı 7 nəfər xəstəxanaya çatdırılıb.
Onlardan biri vəfat edib. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Son xəbərlər
Son Xəbərlər