İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı hücum olub

irevanda-yanacaqdoldurma-menteqesine-silahli-hucum-olub
Oxunma sayı: 1169

Ermənistanın paytaxtı İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı hücum edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Shamshyan” portalı yayıb. 

Məlumata görə, maskalı iki şəxs yanacaqdoldurma məntəqəsinin əməkdaşlarına hücum edib.

Əməkdaşların müqavimət göstərdiyi bildirilir. Nəticədə iki işçi yaralanıb. 

Silahlı şəxslər isə hadisə yerindən qaçıblar. Hazırda polis axtarışları davam etdirir.