Pirqulu stansiyasından 24 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Maqnitudası 3.4 olan təkanların dərinliyi 12 km olub.
Yerli vaxtla 15:31-də baş verən zəlzələ 3 bal gücündə hiss olunub.
***
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Məlumata əsasən, zəlzələ 3,2 maqnitudada qeydə alınıb, zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.