Adil Əliyev növbəti dəfə gənclərlə görüşdü - Fotolar

adil-eliyev-novbeti-defe-genclerle-gorusdu
Oxunma sayı: 2504

Aprelin 18-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti dəfə Hövsan qəsəbəsi üzrə 196, 280 və 281 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə RİH başçısının müavinləri, sözügedən məktəblərin direktorları, müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak ediblər.

Adil Əliyev bildirib ki, konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır.

RİH başçısı vurğulayıb ki, bugünkü reallıqlar bir daha sübut edir ki, əldə edilən uğurlar məhz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi yolunda misilsiz xidmətlərinin nəticəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunun hər birimiz üçün vətənə xidmət etməyin simvoluna çevrildiyini qeyd edən Adil Əliyev Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.

Görüş zamanı Adil Əliyev gənclərin faydalı vətəndaş kimi yetişməsi üçün öz dəyərli tövsiyələrini verib və bildirib ki, hər bir gənc öz yolunu müstəqil Azərbaycanın həyat yolu kimi qəbul etməlidir. Sonra isə RİH başçısı gənclərin müxtəlif məsələlərlə bağlı suallarını ətraflı cavablandırıb, eləcə də gənclərin hər birinə hədiyyələr təqdim olunub.