İsmayıllıda maşın dərəyə aşdı, 5 hindistanlı yaralandı

ismayillida-masin-dereye-asdi-5-hindistanli-yaralandi
Oxunma sayı: 1748

İsmayıllıda turistlərin olduğu avtomobil qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Tircan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mersedes Vito” markalı avtomobilin dərəyə aşması nəticəsində 5 nəfər hindistanlı, 1 nəfər azərbaycanlı xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirib ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.