İspaniyada filmləri xatırladan meşə yanğını - Fotolar

ispaniyada-filmleri-xatirladan-mese-yangini
Oxunma sayı: 540

İspaniyanın Araqon muxtar bölgəsində davam edən güclü meşə yanğınları hələ də tam nəzarətə alınmayıb.

“Qafqazinfo” xəbər verir ki, son məlumata görə, Saroqosa əyalətinin Ores və ətraf yaşayış məntəqələrində alov 15 min hektardan çox ərazini əhatə edib.

Güclü külək və yüksək temperatur yanğının söndürülməsini daha da çətinləşdirir.

Yanğının söndürülməsinə yüzlərlə yanğınsöndürən, hərbçilər və xüsusi aviasiya vasitələri cəlb olunub.

Hazırda alovun yeni yaşayış məntəqələrinə yayılmasının qarşısını almaq üçün fasiləsiz mübarizə aparılır.

Qeyd edək ki, yanğın günlərdir davam etməkdədir.