“İsrail-Fələstin problemi daimi iki dövlətli həll tələb edir”

israil-felestin-problemi-daimi-iki-dovletli-hell-teleb-edir
Oxunma sayı: 1404

G20 ölkələri Yaxın Şərqdə sabitlik üçün Fələstin-İsrail münaqişəsinin iki dövlətli həlli ilə bağlı konsensusa gəliblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi bildirib.

“İsrail-Fələstin problemi daimi iki dövlətli həll tələb edir”, - o vurğulayıb.

Modi G20 ölkələrinin terrora və zorakılığa qarşı olduqlarını, həmçinin Qəzza zolağına humanitar yardımın mümkün qədər tez çatdırılması ilə bağlı razılığa gəldiyini qeyd edib.

Onun sözlərinə görə, geosiyasi gərginliyi həll etməyin yeganə yolu diplomatiya və dialoqdur.