“ABŞ İrana qarşı istənilən vaxt yeni zərbələr endirməyə tam hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Ağ Ev rəhbəri İrana qarşı həyata keçirilən hərbi əməliyyatların gedişatını belə qiymətləndirib:
“Dünən çox sərt bir hücum həyata keçirildi və biz istədiyimiz an, istənilən vaxt növbəti zərbəni endirməyə hazırıq. Vaşinqtonun İslam Respublikasına qarşı bərpa etdiyi hərbi kampaniya çox uzun çəkməyəcək”.
Xatırladaq ki, sentyabrın 1-də ABŞ İrandakı hədəflərə qarşı yeni kütləvi hücum dalğası başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi məlumata görə, hərbi hava və dəniz qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) HHM sistemləri, radiolokasiya stansiyaları, dəniz vasitələri, minalama avadanlıqları və rabitə qovşaqlarını darmadağın edib.
Son xəbərlər
Son Xəbərlər