İstehsalı dayandıran “Borjomi”də kütləvi ixtisar

istehsali-dayandiran-borjomide-kutlevi-ixtisar
Oxunma sayı: 3224

Gürcüstanın “IDS Borjomi” şirkəti 49 əməkdaşını işdən azad edib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd olunub. 

Şirkət qeyd edib ki, iş yerlərini qoruyub saxlamaq üçün əlindən gələni edir. Bununla yanaşı, şirkət işçilərlə müqavilələrə dəyişiklik etmək məcburiyyətində qaldığını vurğulayıb. 

Xatırladaq ki, şirkətin məhsul qablaşdırılması üzrə iki zavodunda 685 nəfər çalışırdı. Şirkət aprelin sonu maliyyə problemləri səbəbindən müvəqqəti olaraq istehsalı dayandırdığını açıqlayıb. Şirkətin əməkdaşlarına isə yeni şərtlər təklif olunub.

Həmçinin oxuyun: 51 yaşlı kişi arvadını döydü - “Telefonu söndürmüşdü...”