Naxçıvanda yeniyetmə cüdoçu vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan MR Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yeniyetmə idmançı Vəli Əliyev iyunun 18-i cüdo üzrə Muxtar Respublika birinciliyində qızıl medal qazanıbmış.
Əldə etdiyimiz məlumata görə, hadisə iyunun 24-ü, saat 22 radələrində baş verib.
2013-cü il təvəllüdlü Vəli Elçin oğlu Əliyevin meyiti yaşadığı Naxçıvan şəhərindəki evin həyətində aşlar edilib.
Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər