Qafqazın ilk rəsmi “Apple Shop”u “Kontakt”da fəaliyyətə başladı - Apple ekosistemi bir məkanda

qafqazin-ilk-resmi-apple-shopu-kontaktda-fealiyyete-basladi
Oxunma sayı: 375

Hər zaman texnoloji yenilikləri ölkəmizə gətirən “Kontakt” mağazalar şəbəkəsi bu dəfə regional bir ilkə imza atdı. Şəbəkə bu gün təntənəli açılış tədbiri ilə Qafqaz regionunun ilk rəsmi “Apple Shop”unu istifadəyə verdi.

Açılış tədbiri texnologiya həvəskarlarının, media nümayəndələrinin və tanınmış bloqerlərin böyük marağı ilə qarşılanıb. Çünki şəbəkənin “İnşaatçılar” mağazasında qurulan bu xüsusi konsepti adi satış nöqtələrindən tamamilə fərqlənir. Burada “Apple” məhsulları ayrı-ayrı cihazlar kimi deyil, vahid bir ekosistemdə təqdim edilir. Ölkədə bir ilk olan bu konsept çərçivəsində ziyarətçilər məhsullarının bir-biri ilə necə inteqrasiya olunduğunu və sinxron işlədiyini tam real mühitdə sınaqdan keçirə bilirlər. Bu innovativ məkanda birbaşa brend tərəfindən qlobal təlim keçmiş rəsmi ekspertlər xidmət göstərir ki, bu da alış-veriş zamanı yaranan bütün suallara və ehtiyaclara yerindəcə cavab tapmağa kömək edir.

Açılış münasibətilə “Kontakt” müştəriləri üçün xüsusi bir fürsət də yaradıb. Belə ki, bu gündən iyunun 28-dək şəbəkənin “İnşaatçılar” mağazasında bütün “Apple” məhsullarını 12 aylıq müddətə faizsiz, komissiyasız və ilkin ödənişsiz şərtlərlə əldə etmək mümkündür.

Tədbir çərçivəsində həm də “Apple” ekosisteminə həsr olunmuş xüsusi vörkşop keçirilib, iştirakçılara yeni zonanın imkanları barədə ətraflı məlumat verilib. Ziyarətçilər üçün isə günün ən yaddaqalan məqamlarından biri populyar müğənni Nigar Camalın canlı çıxışı olub. Tədbirin sonunda isə ziyarətçilər arasından bir nəfər 500 AZN dəyərində hədiyyə kartı qazanıb.

Xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda “Apple” brendinin rəsmi satış mərkəzidir və burada təqdim olunan bütün məhsullar qlobal zəmanət və orijinallıq təminatı ilə müştərilərə təqdim edilir.