Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Qaradağlı kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı, 10-LK-622 dövlət qeydiyyat nişanlı avtomobil qarşı istiqamətdən gələn “VAZ-2107” markalı, 90-FJ-958 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov və 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər