İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını müsbət qiymətləndirdi

isvec-xin-rehberi-azerbaycan-ermenistan-razilasmasini-musbet-qiymetlendirdi
Oxunma sayı: 1400

İsveçin xarici işlər naziri Tobias Billström Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya prosesinin başlanması ilə bağlı atılan ilk addımı müsbət qiymətləndirib.

“Qafqazinfo” xəbər verir ki, İsveçin XİN rəhbəri bu barədə “X” hesabında paylaşım edib.

“Bu, Azərbaycan, Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün çox yaxşı xəbərdir. Bu müsbət hadisədən biz regionun iqtisadi inkişafı, infrastrukturu və artımı şəklində bir çox irəliləyişlərin olacağını görə bilirik. İsveç bu məqsədə tam sadiqdir”, - XİN rəhbəri vurğulayıb.