İtaliya A Seriyasında ən yüksək maaş alan futbolçular açıqlandı

italiya-a-seriyasinda-en-yuksek-maas-alan-futbolcular-aciqlandi
Oxunma sayı: 2467

İtaliya A Seriyasında ən yüksək maaş alan futbolçuların siyahısı açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya çempionatında ən yüksək maaş alan üç futbolçu var. Bunlar Romelu Lukaku (“Roma”), Duşan Vlahoviç və  Adrien Rabyodur (hər ikisi “Yuventus”). Onlar vergilər çıxdıqdan sonra 7 milyon avro maaş alırlar.

Sonrakı yerləri Voyçex Şensnı (6,5 milyon avro) və 6 milyon avro qazanan Hakan Çalhanoğlu , Lautaro Martines, Markus Turam (hamısı “İnter”) və Aleks Sandro (“Yuventus”) tuturlar.