İtaliyada helikopter qəzası - Ölənlər var

italiyada-helikopter-qezasi
Oxunma sayı: 242

İtaliyanın şimalında helikopter qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Quotidiano Piemontese” nəşri məlumat yayıb.

Qəza Verbano-Kuzio-Ossola əyalətindəki süni Kampliçoli gölü yaxınlığında olub.

Helikopterdə olan iki nəfər həyatını itirib.

Məlumata görə, həlak olanlar 60 yaşlı kişi və 63 yaşlı qadındır.