İzmirdə zəlzələdə həlak olanların sayı 39-a çatdı - Yenilənib

izmirde-zelzelede-helak-olanlarin-sayi-39-a-catdi
Oxunma sayı: 2580

İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 35-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. O bildirib ki, 243 nəfərin müalicəsi davam etdirilir, reanimasiyaya yerləşdirilənlərdən 8-nin isə vəziyyəti ağırdır.

Nazir qeyd edib ki, 642 nəfərin müalicəsi tamamlanıb.

Qeyd edək ki, hələ də 8 binanın dağıntıları üzərində  axtarış-xilasetmə işləri  davam etdirir.

***

Zəlzələ qurbanlarının sayı artaraq 37-yə yüksəlib. 885 nəfər isə yaralanıb, 103 nəfər dağıntılar altından xilas edilib. 

***

Zəlzələdə ölənlərin sayı daha 2 nəfər artaraq 39 olub.