“Juninyo “Bayer”lə oyunda şou göstərdi” - UEFA

juninyo-bayerle-oyunda-sou-gosterdi
Oxunma sayı: 3173

Avropa futbol qurumu “X” hesabında “Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə bağlı post paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, postda “Juninyo “Bayer”lə oyunda şou göstərdi” yazaraq braziliyalı forvardın ilk oyundakı məhsuldar ötürməsi və qolu paylaşılıb.

Qeyd edək ki, “Qarabağ” ilə “Bayer” arasında keçirilən ilk görüş heç-heçə (2:2) yekunlaşıb. Leverkuzendəki cavab matçı isə martın 14-də baş tutacaq.