Kərəm Mustafayevin qardaşı vəzifəsindən çıxarıldı

Kərəm Mustafayevin qardaşı vəzifəsindən çıxarıldı
Oxunma sayı: 11363

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Ağdaş Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Rasim Mustafayevi vəzifəsindən çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə R.Mustafayev şöbə rəisi vəzifəsindən çıxarılaraq sərəncama götürülüb.

Qeyd edək ki, Rasim Mustafayev Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin qardaşıdır.

Həmçinin oxuyun: SOCAR-ın işçilərinə saxta PCR testi satan şirkət direktoru azadlığa buraxılıb​

Bu barədə ilk xəbəri “Qaynarinfo” saytı yayıb.

Murad Əhməd