Yaponiyanın hava limanlarından birində 200 ədəd diri kərtənkələni qaçaq yolla keçirməyə cəhd edən turist saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Daily Star” nəşri məlumat yayıb.
Belə ki, Tokionun Haneda hava limanının gömrük əməkdaşları səyyahın çamadanını yoxlayarkən yüzlərlə sürünəni aşkar ediblər. Meksika vətəndaşı olan 23 yaşlı Daniel İsaak Velasko Baltazar heyvanları bir köynəyə bükülmüş 22 cüt corabın içərisində gizlətmişdi.
Rəsmilər bildiriblər ki, Meksika vətəndaşı əvvəldən şübhə altında idi. Belə ki, Yaponiya polisi iyul ayının sonlarında yerli sərgidə satışa çıxarılmaq üçün gətirilən sürünənlərin qaçaqmalçılıq yolu ilə daşınması ehtimalı barədə anonim məlumat almışdı. Həmin şəxs kərtənkələləri Meksikada 3,50 dollara aldığını və onları Yaponiyada hər birini 630 dollara satmağı planlaşdırdığını etiraf edib.
Məlumata görə, o, artıq həbs edilib.
Son xəbərlər
Son Xəbərlər