Kitab sərgisinə gedənlərin nəzərinə!

kitab-sergisine-gedenlerin-nezerine
Oxunma sayı: 357

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-də Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi başlanacaq.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 27-dək davam edəcək builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunub.

Sərgi günlərində paytaxt sakinlərinin və qonaqların metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə rahat gediş-gəlişi təmin ediləcək. Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır.

Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir.