Klub prezidentinin döydüyü hakim Avroliqa matçına təyinat aldı

klub-prezidentinin-doyduyu-hakim-avroliqa-matcina-teyinat-aldi
Oxunma sayı: 1069

UEFA Avropa Liqasının 1/4 finalında “Liverpul” ilə “Atalanta” arasında keçiriləcək görüşü türkiyəli hakim Halil Umut Meler idarə edəcək.

“Qafqazinfo” xəbər verir ki, referinin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Matçın dördüncü hakimi isə Arda Kardeşlər təyin edilib.

Liverpul şəhərindəki Anfild stadionunda baş tutan qarşılaşma saat 21:00-da başlayacaq.

Xatırladaq ki, Halil Umut Meler dekabrın 11-də keçirilən “Ankaragücü” – “Rizespor” matçında meydan sahiblərinin prezidenti Faruk Koca tərəfindən döyülmüşdü. Həmin hadisədən sonra təcrübəli hakim uzun müddət təyinat almamışdı.