Kolumbiya Venesuela sərhədi yaxınlığında zərbələr endirdi

kolumbiya-venesuela-serhedi-yaxinliginda-zerbeler-endirdi
Oxunma sayı: 1513

Kolumbiya narkotik ticarəti ilə məşğul olan qruplaşmanın düşərgəsinə aviazərbələr endirib.

“Qafqazinfo” “Agence France-Presse” nəşrinə istinadən xəbər verir ki, düşərgə Venesuela sərhədi yaxınlığında yerləşib.

Zərbələr nəticəsində qruplaşmanın 9 silahlısının öldürüldüyü bildirilir.

Məlumata görə, Kolumbiyanın Arauka departamentində əməliyyat ölkə Prezidenti Qustavo Petronun narkotik maddə ticarətçilərinə qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.