Portuqaliya Futbol Federasiyası (FPF) milli komandanın oyunçularına hücumçu Kriştiano Ronaldonun komanda düşərgəsini tərk etməsi ilə bağlı qalmaqalı ictimaiyyət qarşısında müzakirə etməyi qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yarımmüdafiəçi Renato Veyqa “A Bola” nəşrinə açıqlama verib.
“Kriştiano Ronaldo ilə çox yaxınam və o, ona böyük hörmət bəslədiyimi bilir, lakin mənə bu mövzu barədə danışmamaq tapşırılıb, buna görə də...”– deyə Veyqa bildirib.
Son xəbərlər
Son Xəbərlər