Konsertini buna görə təxirə saldı

konsertini-buna-gore-texire-saldi
Oxunma sayı: 1145

Dünya şöhrətli kolumbiyalı müğənni Şakiranın Qətərin paytaxtı Dohada planlaşdırılan konserti regionda gərginləşən hərbi münaqişə səbəbindən təxirə salınıb.

“Qafqazinfo” bilet satışı platforması “Platinumlist”ə istinadən xəbər verir ki, aprelin 1-də “Las Mujeres Ya No Lloran” (Qadınlar Artıq Ağlamır) dünya turnesi çərçivəsində baş tutmalı olan şou noyabrın 18-nə keçirilib.

Təşkilatçılar konsertin təxirə salınmasını Yaxın Şərqdə artan təhlükəsizlik riskləri və eskalasiya ilə əlaqələndiriblər. Qeyd olunub ki, qiyməti 25 dollardan başlayan biletlərin böyük hissəsi artıq satılsa da, satış prosesi yeni tarix üçün davam etdirilir.

Xatırladaq ki, fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlara cavab olaraq Tehran regiondakı Amerika bazalarına, o cümlədən Qətər və digər körfəz ölkələrinə raket hücumları həyata keçirir.