Kral Çarlz 4 ildən sonra Meqan və nəvələrini qəbul etdi - Kamilla da orada idi

kral-carlz-4-ilden-sonra-meqan-ve-nevelerini-qebul-etdi
Oxunma sayı: 417

Şahzadə Harri ilə atası Kral Çarlz arasında uzun müddətdən sonra baş tutan ailə görüşündə Kraliça Kamilla da iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Bildirilib ki, görüş iyulun 10-da Hayqrov Evində keçirilib.

Məlumata görə, həmin görüşdə Harri, həyat yoldaşı Meqan Markl və övladları Arçi ilə Lilibeti də iştirak ediblər. Bu, Kral Çarlzın Meqan və nəvələrini son dörd ildə ilk dəfə görməsi olub.

Yazıçı Ketrin Mayer bildirib ki, Kamilla Kral Çarlzın həyatının ayrılmaz hissəsidir və onun iştirakı olmadan ailə daxilində barışığın mümkün olmadığını düşünür.

Xatırladaq ki, Şahzadə Harri 2023-cü ildə nəşr olunan xatirələrində Kraliça Kamillanı tənqid etmiş, onun imicini yaxşılaşdırmaq üçün mətbuata məlumatlar sızdırdığını iddia etmişdi. Buna baxmayaraq, Harri sonradan verdiyi müsahibədə Kamillaya qarşı şəxsi nifrəti olmadığını, ailəsinin bütün üzvlərini sevdiyini bildirmişdi.